Sosial Mediada izləyin:

Davos kursları davam edir.

Davosda 35-ci Gastrointestinal Cərrahiyyə üzrə 1 həftəlik treyninq kursları davam edir. Kurslar zamanı bu gün cərrahiyyənin əlifbası hesab edilən əsas texnikalar ( tikiş, anastomoz, mədə və ya bağırsaq rezeksiyası, stomaların qoyulması, laparoskopik basik vərdişlər, xolesitektomiya və s.) gənc həkimlərə öyrədilir. Bu il kurslarda Avropa ölkələrindən gəlmiş 600 yaxın həkim və onları öyrətmək üçün Avropanın aparıcı universitet klinikalarında çalışan 60-dan çox tutor iştirak edir. Biz bu ənənələri və standartları ölkəmizə gətirməliyik! Allah qoysa bu kurslari 2020-ci ildə region ölkələri üçün məhz Bakıda təşkil etmək planı var və sabah fakültənin iclasında bu məsələ müzakirə ediləcək!