Azərbaycanda laparoskopik cərrahiyyə üzrə kurs keçən özbəkistanlı cərrahlara sertifikatlar təqdim edilib
M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin özbəkistanlı cərrahlar üçün birgə təşkil etdiyi “İrəli laparoskopik cərrahiyyə üzrə ixtisasartırma” kursu uğurla başa çatıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildirilib ki, üç həftəlik kurs müddətində iştirakçılara M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, “Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti”nin sədri professor Qurbanxan Müslümov…