2018-ci ildən başlayaraq M. Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, Azərbaycan- Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Almaz Akademie Tibbi Treyninq Mərkəzinin rəhbəri , Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin Prezidenti , professor Q.Müslümov tərəfindən cərrahiyyə yönümlü (ümumi cərrahiyyə ,neyro cərrahiyyə , ürək-damar cərrahiyyəsi,ginekologiya, urologiya və s. ) ixtisaslar üzrə təhsil alan rezidentlər üçün rezidentura təhsili proqramına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə tibbin, cərrahiyyənin müxtəlif problemlərinə həsr olumuş məruzələr və seminarlar təşkil ediləcəkdir. Bu məruzə-seminarlardan birincisi 25.12.2017-ci il tarixdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mühazirə zalinda keçiriləcəkdir. Məruzənin mövzusu “ Elektrocərrahiyyənin əsas prinsipləri ,koaqulyasiya və bu barədə biz nələr bilirik “ olacaqdır. Məruzə zamanı elektrocərrahiyyənin tarixi ,növləri və bu bunun haqqında ümumi cərrah nələr bilməlidir, cərrahiyyədə istifadə olunan enerji növləri ,onların doğru istifadə edilməməsi baş verə biləcək ağirlaşmalar,onların profilaktikası barədə məruzə ilə yanaşı həm də əyani nümayişlər olacaq ,mövzu ətrafında canlı disskusiyalar təşkil ediləcəkdir. Məruzədə iştirak etmək pulsuzdur. Maraqlanan hər bir kəs iştirak edə bilər.Lakin bunun üçün hər kəsin məruzənin başlanmasına bir gün qalmışa qədər onlayn olaraq qeydiyyatdan keçməsi vacibdir.
- ƏSAS SƏHİFƏ
- HAQQINDA
- XİDMƏTLƏR
- Tək Port Laparoskopik Cərrahiyyə
- Öd daşı xəstəliyinin laparaskopik yolla cərrahi müalicəsi
- Müxtəlif növ yırtıqların laparaskopik və açıq cərrahi müalicəsi
- Qida borusunun şişləri, çapıq daralmaları, axalaziyası və zədələnmələrinin laparaskopik və açıq müalicəsi
- Mədə və 12 barmaq bağırsağın xoraları, şişləri və s. xəstəliklərinin laparaskopik və açıq cərrahi müalicəsi
- Qara ciyərin şişləri, exinokokku, kistaları və zədələnməlirinin laparaskopik və açıq cərrahi müalicəsi
- Mədəaltı vəzin şişləri, kistaları və nekrozunun laparaskopik və açıq cərrahi müalicəsi
- Qalxanvari vəzin (zob) düyünləri və şişlərinin cərrahi müalicəsi
- Düz bağırsağın şişləri, sallanması, babasil xəstəliyi və s. laparaskopik və açıq cərrahi müalicəsi
- TƏDBİRLƏR
- Xəbərlər
- Leksiyalar
- TREYNİNQLƏR
- QALEREYA
- ƏLAQƏ