Bu gün M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi -nin təşkilati dəstəyi ilə ,M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaz Akademie Tibbi Treyninq Mərkəzi nin təşkilatçılığı ilə cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlər üçün tibbi treyninq kurslarının açılışı olmuşdur. Tədbiri M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin direktorunun elmi işlər üzrə müavini prof.H.İsayev açaraq tədbirin mahiyyəti haqqında məlumat vermiş və kurs iştirakçılarına uğurlar arzulamışdır. Səhiyyə Nazirliyinin nümayəndəsi T.Əhmədova bu cür tədbirlərin əhəmiyyətindən danışmış və kursun təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Dünyanın hər yerındə olduğu kimi Azərbaycanda da cərrahlar və cərrahi yönümlü bütün ixtisas mütəxəssisləri nin hazırlığı məqsədi ilə xüsusi treyninqlər və məşğələlərdən istifadə edilir. Azərbaycanda da artıq neçə illərdir rezidentura təhsilinə başlanılmiş və dünyanın qabaqcıl ölkələrində bu sahədə olan yeni , müasir standartların tətbiqinə start verilmişdir. Artıq bu ildən başlayaraq , təhsil müddətində rezidentlərin vacib keçməli olduğu bəlli treyninq kursları müəyyən edilmiş və bunların tətbiqinə başlanmışdır.Bu gün açılışı keçirilən kurslar da məhz bu yönümdə atılan uğrlu addımlardn biridir. Bu kursların cərçivəsində bu gün M.Topçubaşov ad.Elmi Cərrahiyyə Mərkəzinin professoru Q.Müslümov , Azərbaycan Tibb Universitetinin professoru İ.Mahalov və Dr.Med. E. Muxtarov tərəfindən cərrahiyyənin , ginekologiyanın və urologiyanın ən müsair aktual məsələlərinə həsr olunmuş mühazirələr oxunacaq, 23 və 24 fevral taixlərində isə hər gün 4 saat olmaqla 35 nəfər rezident üçün iki səviyyədə praktiki vərdişlər kursu keçiriləcəkdir. Bu kurslar zamanı gənc həkimlər düyünvuma. tikişqoyma . anastomoz texnikaları,laparoskopik cərrahiyyənin əsas fundamental prinsipləri və bir sıra praktik vərdişlərə yiyələnəcəklər. Bu məqsədlə onlara treynerlik və müəllimlik etmək məqsədilə Azərbaycanda mövcud olan aparıcı klinikaların- Azərbaycan Tibb Universitetinin ,Həkimləri təkmilləşdirmə İnstitutunun ən aparıcı mütəxəssisləri müəllim və tutor qismində iştirak edəcəklər. Kursun sonunda iştirakçılara beynəlxalq səviyyəli sertifikat veriləcəkdir.