Rezidetlər üçün təşkil olunmuş kursların açılışı münasibətilə tədbir keçirilmişdir.

Bu  gün M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzində  Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi -nin təşkilati dəstəyi ilə ,M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Almaniya  Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaz Akademie Tibbi Treyninq Mərkəzi nin təşkilatçılığı ilə cərrahiyyə ixtisası  üzrə təhsil  alan rezidentlər üçün tibbi treyninq  kurslarının açılışı olmuşdur. Tədbiri  M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin direktorunun   elmi  işlər üzrə müavini prof.H.İsayev açaraq tədbirin mahiyyəti  haqqında məlumat vermiş və kurs iştirakçılarına uğurlar arzulamışdır. Səhiyyə Nazirliyinin nümayəndəsi  T.Əhmədova  bu cür  tədbirlərin əhəmiyyətindən danışmış və kursun   təşkilatçılarına  minnətdarlığını  bildirmişdir.

Dünyanın hər yerındə olduğu kimi  Azərbaycanda da  cərrahlar və cərrahi yönümlü bütün ixtisas mütəxəssisləri nin hazırlığı məqsədi ilə xüsusi treyninqlər və məşğələlərdən istifadə edilir. Azərbaycanda da artıq neçə illərdir rezidentura təhsilinə başlanılmiş  və dünyanın qabaqcıl ölkələrində bu sahədə olan yeni , müasir standartların  tətbiqinə start verilmişdir. Artıq  bu ildən başlayaraq , təhsil müddətində rezidentlərin  vacib keçməli olduğu  bəlli  treyninq kursları  müəyyən  edilmiş   və bunların tətbiqinə başlanmışdır.Bu gün açılışı keçirilən  kurslar da   məhz bu yönümdə  atılan  uğrlu addımlardn biridir. Bu kursların cərçivəsində bu gün  M.Topçubaşov ad.Elmi Cərrahiyyə Mərkəzinin professoru   Q.Müslümov , Azərbaycan Tibb Universitetinin professoru  İ.Mahalov  və Dr.Med. E. Muxtarov  tərəfindən cərrahiyyənin , ginekologiyanın və urologiyanın ən  müsair  aktual  məsələlərinə həsr olunmuş  mühazirələr oxunacaq, 23  və 24 fevral taixlərində isə hər gün 4 saat olmaqla 35 nəfər rezident üçün  iki səviyyədə  praktiki vərdişlər kursu keçiriləcəkdir. Bu kurslar zamanı gənc  həkimlər düyünvuma. tikişqoyma . anastomoz texnikaları,laparoskopik cərrahiyyənin əsas fundamental prinsipləri  və bir sıra praktik vərdişlərə yiyələnəcəklər. Bu məqsədlə onlara treynerlik  və müəllimlik  etmək məqsədilə   Azərbaycanda mövcud olan aparıcı  klinikaların- Azərbaycan Tibb Universitetinin ,Həkimləri təkmilləşdirmə İnstitutunun ən aparıcı mütəxəssisləri  müəllim və tutor qismində iştirak edəcəklər.   Kursun sonunda iştirakçılara beynəlxalq  səviyyəli  sertifikat  veriləcəkdir.