Sosial Mediada izləyin:

Bu gün (24 fevral) Prof. Qurbanxan Müslümov canlı yayımda Vipl əməliyyatı icra edəcək!

Bu gün saat 15:00da Prof. Müslümov tərəfindən Laparoskopik cərrahiyyə üzrə növbəti ustad dərsi keçirəcək. Canlı yayımda Pankreas başının törəməsinə görə Laparoskopik Vipl əməliyyatı translyatsiya ediləcəkdir. Əməliyyat zamanı iri damarların laparoskopik disseksiyası, Hepato-Pankreato-Billier zonanın laparoskopik cərrahi anatomiyası, aşağı boş vena, aorta, portal vena, yuxarı mezenterik venaın disseksiyası, disseksiya zamanı elektro cərrahiyyənin istifadə prinsipləri, qanamanın dayandırılması və…

Read More

Kolo-kolo anastomozun qoyulması/Colo-Colo anastomosis

Prof.Qurbanxan Müslümov 7 may tarixində YouTube üzərindən canlı yayımda Kolo-Kolo Anastomozun qoyulmasını əyani şəkildə göstərmişdir. Əməliyyatı icra etdiyi şəxs 2-ci Qarabağ döyüşlərində yaralanmış Qazi Elşad Məmmədov idi. Videonu izləmək üçün aşağıdakı linkə daxil olun. Eyni zamanda canlı şəkildə yayımlanan əməliyyatlar xəbardar olub, izləmək, diskussiyalara qatılmaq üçün kanala abunə ola bilərsiniz.  

Read More

Azərbaycanlı alim beynəlxalq konqresdə mədəaltı vəzin cərrahiyyəsinə dair ustad dərsləri verib

Bakı, 14 dekabr, AZƏRTAC Dekabrın 11-13-də Daşkənddə akademiklər Vasit Vahidovun və Uktam Aripovun xatirələrinə həsr edilən “Təcili tibbin aktual məsələləri: hepatopankreatoduodenal nahiyyənin xəstəlikləri və yaralanmalarında təcili cərrahiyyə” adlı beynəlxalq konqres keçirilib. Konqresdə Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Belarusdan gələn görkəmli alimlərlə yanaşı Azərbaycanın Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov da iştirak edib. Professor…

Read More

AzTV1 4. Azərbaycan-Alman-Türk Tibb Konqresi haqqında

Aprelin 26–29-da Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirildi.           Artıq dördüncü dəfədir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya və reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri…

Read More

Laparoscopic debridment+VARD for acute pancreatitis/Kəskin pankreatitə görə laparoskopik əməliyyat

3 gün öncə yəni, 13.05 tarixində Prof. Qurbanxan Müslümov və komandası tərəfindən Kəskin pankreatitə görə Laparoskopik əməliyyat (Laparoscopic debridment + VARD for acute pancreatutis) icra olunmuşdur. Əməliyyat Youtube platforması üzərindən canlı yayımlanmışdır. Əməliyyatı izləmək üçün aşağıdakı linkə daxil olun. Eyni zamanda canlı əməliyyatlardan xəbərdar olub izləmək və diskussiyalara qatılmaq üçün kanala abunə ola bilərsiniz.

Read More

Gənc xəstənin əməliyyatdan sonrakı vəziyyəti

15 aprel tarixində Prof. Qurbanxan Müslümov və komandası tərəfindən Laparoskopik sol tərəfli Hemipankreatektomiya əməliyyatı canlı yayımda baş tutmuşdur. Gənc xəstə ürəkbulanma şikayəti ilə gəlmişdir. Əməliyyatdan sonrakı 5-ci gün xəstə evə buraxılmışdır. Yenidən yoxlanışa gələn xəstədə heç bir problem aşkar edilməmişdir. Xəstənin kompüter tomoqrafiyalarına, çıxarılan rezektata və xəstənin əməliyyatdan sonra yoxlanışa gəldikdə danışdığı təəsürratlarına aşağıdakı linkə…

Read More

Xroniki pankreatitə görə Laparoskopik Pustou əməliyyatından 1 həftə sonra

27 aprel tarixində Prof. Qurbanxan Müslümov və komandası tərəfindən icra olunan Xroniki pankreatitə görə Laparoskopik Pustou əməliyyatından sonra Professor Müslümov xəstəyə baş çəkmişdir. Xəstədə heç bir problem olmadığından xəstə əməliyyatdan bir neçə gün sonra evə buraxılmışdır. Əməliyyatdan 1 həftə sonra yenidən yoxlanışa gələn xəstədə heç bir problem aşkar edilməmişdir. Aşağıdakı linkə daxil olaraq xəstənin kompüter…

Read More

Prof. Qurbanxan Müslümovun Prezidenti olduğu Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin ikinci aylıq seminarı baş tutdu!

Əziz həkimlər, rezidentlər, tələbələr! Nəzərinizə çatdıraq ki, 27.02.2021 tarixində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti seminar/vebinarı keçirildi. Seminar Excelsior hoteldə baş tutdu və eyni zamanda GoToWebinar platforması üzərindən canlı yayımlandı. Seminarın mövzusu “Qastroezofageal reflyüks xəstəliyi – Baret qida borusu – Adenokarsinoma qastroentroloqlar, endoskopist və cərrahən gözü ilə” olmuşdur. Seminarın moderatorları Prof. Kənan Yusifzadə, Prof. Əlihüseyn…

Read More

28.02.2025 Biz elektrocərrahiyyə barədə nə bilirik?

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti aylıq seminar 28.02.2025 tarixində baş tutacaqdır. Bu seminarda Elektrocərrahiyyə haqqında məlumatlar rezident və tələbələr ilə bölüşüləcəkdir. İştirak ödənişsizdir Bütün xərclər Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie tərəfindən qarşılanır. Odur ki, hər birinizi 24 yanvar saat 14:00 da gözləyirik….

Read More