Sosial Mediada izləyin:

Bu gün canlı yayımlanacaq Vipl əməliyyatı

Bu gün periampulyar törəməyə görə youtube kanalımızda canlı yayımda Laparoskopik WİPL əməliyyatı icra edəcəyimiz xəstənin çox maraqlı anomal visseral arterial anatomiyası ( izahı videoda). Canlı yayımda əməliyyatı izləmək üçün aşağıdakı linkə daxil olun. https://youtube.com/channel/UCqHFvGtjsscGpzeB_tG9MOg Canlı yayımın vaxtı : bu gün 31.03.2022 saat 15.00.  

Read More

“Laparoskopik cərrahiyyədə Anastamoz texnikaları” seminar-treninqimiz baş tutdu!

2-3 Mart, 2022 il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və AlmazAkademie Tibbi Treyninq Mərkəzi tərəfindən Seminar-Treyninqlər təşkil edilmişdir. 2 Mart tarixində “İbis” oteldə baş tutan elmi seminarda Laparoskopik Cərrahiyyədə müasir anastomoz texnikaları mövzusunda maraqlı mühazirələr və diskussiyalar təşkil edildi. Əsas məruzə ilə çıxış edən Prof. Qurbaxan Müslümov müxtəlif laparoskopik anastomoz texnikaları, özünün müəllifi olduğu…

Read More

Azərbaycanda laparoskopik cərrahiyyə üzrə kurs keçən özbəkistanlı cərrahlara sertifikatlar təqdim edilib

M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin özbəkistanlı cərrahlar üçün birgə təşkil etdiyi “İrəli laparoskopik cərrahiyyə üzrə ixtisasartırma” kursu uğurla başa çatıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildirilib ki, üç həftəlik kurs müddətində iştirakçılara M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, “Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti”nin sədri professor Qurbanxan Müslümov…

Read More

Prof. Q. Müslümovun Almaniya konqresində məruzəsi

Almaniyada eləcə də Avropada pankreas cərrahlığı sahəsində ən nüfuzlu konqreslərdən sayılan Alman Pankreatik Klubu ənənəvi olaraq uzun illər pankreas cərrahlığının mırkızləri sayılan Heidelberq və ya Münxen şəhərlərində keçirilirdi. Artıq bu sıraya pankreas cərrahlığının fanatı sayılan və dünyada laparoskopik və robotik Vipple sayına görə liderlərdən biri olan prof. Tobias Keckin sayəsində Lübek şəhəri də qatılıb. Bu…

Read More

Almaniyanın Köln şəhərində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin forumu başa çatdı.

Almaniyanın Köln şəhərində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin forumu başa çatdı. İlk növbədə forumda iştirak üçün dəvətə görə Forumun təşkilatçılarına və tədbirin keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycanın Almaniyadakı Səfirliyi və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə öz təşəkkürümü bildirirəm. Forum zamanı azərbaycanlı həkimlərimizin Almaniyada qazandıqları uğurlarını görmək çox xoş oldu. Görkəmli kardioloq Natiq Həsənovun sayılan…

Read More