Xəbərlər
Rezidentlər və həkimlər üçün məruzələr və seminarlar təşkil olunacaq.
2018-ci ildən başlayaraq M. Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, Azərbaycan- Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Almaz Akademie Tibbi Treyninq Mərkəzinin rəhbəri , Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin Prezidenti , professor Q.Müslümov tərəfindən cərrahiyyə yönümlü (ümumi cərrahiyyə ,neyro cərrahiyyə , ürək-damar cərrahiyyəsi,ginekologiya, urologiya və s. ) ixtisaslar üzrə təhsil alan rezidentlər üçün rezidentura…
Ümumi və laparoskopik cərrahiyyə üzrə treninq kursları
Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyəti, AlmazAkademie Tibbi Treyninq Mərkəzi tərəfindən Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə 26-28 yanvar 2018-ci il tarixlərində respublikamızda cərrahiyyə, ginekologiya və urologiya ixtisasları üzrə təhsil alan rezidentlər üçün “Ümumi və laparoskopik cərrahiyyə üzrə treyninq kursları” keçiriləcəkdir. Bu kurslar rezidentlərin təhsil proqramı çərçivəsində keçirilməklə davamlı tibb təhsili…
Azərbaycanlı alim beynəlxalq konqresdə mədəaltı vəzin cərrahiyyəsinə dair ustad dərsləri verib
Bakı, 14 dekabr, AZƏRTAC Dekabrın 11-13-də Daşkənddə akademiklər Vasit Vahidovun və Uktam Aripovun xatirələrinə həsr edilən “Təcili tibbin aktual məsələləri: hepatopankreatoduodenal nahiyyənin xəstəlikləri və yaralanmalarında təcili cərrahiyyə” adlı beynəlxalq konqres keçirilib. Konqresdə Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Belarusdan gələn görkəmli alimlərlə yanaşı Azərbaycanın Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov da iştirak edib. Professor…
Daşkənddə Azərbaycan alimlərinin də iştirakı ilə beynəlxalq tədbir keçirilmişdir
11-13 dekabr 2017 tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Akademik V.Vahidov və U.Aropovun xatirəsinə həsr edilmiş “Təcili tibbin aktual məsələləri: hepatopankreatoduodenal nahiyyənin xəstəlikləri və yaralanmalarında təcili cərrahiyyə” adlı Beynəlxalq Konqres keçirilmişdir. Konqresin işində Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Belorusiyadan gəlmiş görkəmli alimlərlə yanaşı Azərbaycanlı professor Qurbanxan Müslümov da iştirak etmişdir. Həmyerlimiz konqres zamanı mədəaltı vəzin cərrahiyyəsinə aid…
4-cü AZƏRBAYCAN-ALMAN-TÜRK KONQRESİ
KONQRESƏ QEYDİYYAT TREYNİNQLƏRƏ QEYDİYYAT T PDF 4.AGTMC 2018 – Konqres haqqında flyer LINK 3.AGTMC 2018 – Konqresə online qeydiyyat LINK 3.AGTMC 2018 – Treyninqlərə online qeydiyyat Hörmətli iştirakçılar, konqresə və treyninqlərdə ödəniş haqqında məlumatı aşağı linkdən ala bilərsiniz: LINK Ödəniş cədvəli…
Professor Q. MÜSLÜMOVUN USTAD DƏRSLƏRİ,
ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİ-nin laparoskopik cərrahiyyə,ginekologiya və urologiya üzrə individual kurs iştirakçıları,eləcə də ümumi cərrahiyyə üzrə praktiki vərdişlər kursunun iştirakçıları praktiki məşğələlərlə yanaşı,klinikalarda bilavasitə əməliyyat zamanı mühazirə dinləmək imkanına malikdirlər.14.11.2017 tarixdə Medical Plaza klinikasında prof Q.Müslümov “Laparoskopik çanaq və paraaortal limfodisseksiya”üzrə masreklass keçəcəkdir.10 gün əvvəl endometriumun şişinə görə açıq üsulla uşaqlığın amputasiyası edilmiş xəstəyə…
ALMAZ AKADEMİE TTM-də “Ümumi cərrahiyyə üzrə praktiki vərdişlər kursu”
ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİN-də- Ümumi cərrahiyyə üzrə praktiki vərdişlər kursu başlamışdır. Kurslar həkimlər,rezidentlər və tələbələr üçün nəzərdə tutulmuşdur və prof. Q.Müslümovun rəhbərliyi ilə keçirilir. 10.11.2017 tarixdə baş tutmuş ilk məşğələdə prof.Q.Müslümov açıq cərrahiyyədə düyünvurma texnikası haqqında ətraflı məlumat vermiş və düyünvurmanın müxtəlif növlərini əyani olaraq nümayiş etdirmişdir.
İSVEÇRƏNIN DAVOS ŞƏHƏRINDƏ KEÇIRILƏCƏK CƏRRAHIYYƏ KURSLARINA QEYDIYYAT BAŞLANDI.
Keçən əsrin əvvələrindən başlayaraq İsveçrənin Davos şəhərində təşkil edilən cərrahiyyə üzrə treninq kursları Avropanın və dünyanın ən reytinqli məşğələlərindən hesab edilir. Həmin kursların fakültə üzvləri adətən Almaniya, Avstriya və İsveçrə kimi Avropa ölkələrinin universitet klinikalarının professorları olur. Treyninqlər ənənəvi olaraq sadə, orta və ixtisaslaşmış qruplarda 3 səviyyədə açıq və laparoskopik cərrahiyyədə məşhur Davos texnikalarının tədrisi üzrə keçirilir….
Davos kurslarına qeydiyyat başlayır.
Isveçrənin Davos şəhərində hər il keçirilən Davos Qastrointestinal Cərrahiyyə Kurslarina qeydiyyat davam edir. Kurslar 7-12 Aprel 2018 tarixlərində ümumi və laparoskopik cərrahiyyə üzrə 3 səviyyədə keçiriləcək və iştirakçılara 50 beynəlxalq CME krediti olan sertifikat veriləcəkdir. İştirak etmək istəyənlər bizə müraciəet edə və ya birbaşa qeydiyyatdan keçə bilərlər