Cərrahiyyə, ginekologiya ,urologiya və digər cərrahiyyə yönümlü ixtisaslar üzrə təhsil alan rezidentlər üçün mühazirə-treyninqlər

2018-ci ildən başlayaraq  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq  Cəmiyyəti, Almaz  Akademie  Tibbi Treyninq   Mərkəzi   tərəfindən   cərrahiyyə   yönümlü (ümumi cərrahiyyə ,neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi, ginekologiya, urologiya və s. ) ixtisaslar üzrə  təhsil  alan  rezidentlər üçün   rezidentura təhsili proqramına uyğun olaraq cərrahiyyənin  müxtəlif problemlərinə həsr olumuş  silsilə  məruzə- seminarlar  və  treyninqlər təşkil ediləcəkdir. Bu məruzələrin  əsas  məqsədi  dünyanın qabaqcıl ölkələrində ixtisas təhsili verən mərkəzlər tərəfindən qəbul olunmuş təhsil formatında  mühazirələrin və treyninqlərin keçirilməsidir. Bu mühazirələrin fərqi ondadır ki, onlar tibbi- treyninq mərkəzləri ilə birgə təşkil edildiyindən bu mühazirələr təkcə   nəzəri  deyil, həm də praktiki xarakter daşıyır. Yəni  mövzu haqqında nəzəri məlumatlarla yanaşı, video təqdimatlar,  mövzuya aid cərrahi texnikalar, ləvazimatlar və s. mühazirə zalında əyani nümayiş etdirilir. Eləcə də iştirakçılar interaktiv olaraq onları maraqlandıran suallara cavab almaq və  disskusiyalarda iştirak etmək imkanı əldə edəcəklər.            .                 

Bildiyimiz kimi  müasir cərrahiyyəni yüksək texnologiyaların  tətbiqi olmadan təsəvvür etmək çətindir. Bu gün  cərrahiyyə  industriyanın inkişafına  və yeni texnologiyaların tibbdə tətbiqinə  bağlı olması həkimlərdən  daha yeni biliklər və yeni vərdişlər  tələb edir. Belə biliklərin və vərdişlərin olmaması  həkimlərin və onların müalicə edəcəyi xəstələrin müasir texnologi inkişafın verdiyi genış imkanlardan yararlanmasına mane olur. İştirakçıları cərrahiyyənin müasir nailiyyətləri barədə mümkün qədər məlumatlandirmaq, cərrahiyyədə tətbiq edilən texnoloji avadanlıqların və ləvazimatların istifadə qaydalarını  aşılamaq  istiqamətində qurulmuş  və  gənc həkimlər üçün nəzərdə tutulmuş  bu mühazirələr  Azərbaycanda cərrahiyyə üzrə ixtisas təhsilinin inkişafına yönəlmiş  tədbirlərdən hesab etmək olar.

           Nəzərinizə çatdırırıq ki, mühazirələrdə iştirak sərbəstdir. Maraqlananlar mühazirələrin mövzusu ilə aşağıdakı link vasitəsilə tanış ola bilər  və online qeydiyyatdan kecə bilərlər. 

Leksiyalar