
Xəbərlər


MƏŞHUR AZƏRBAYCANLI CƏRRAH İBN SİNA ADINA BUXARA DÖVLƏT TİBB UNİVERSİTETİNİN FƏXRİ PROFESSORU SEÇİLİB
Aldığımız məlumata görə, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin M.A.Topçubaçov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov 13-16 Sentyabr 2018-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Təcili Tibbi Yardım üzrə Beynəlxalq Konqresdə iştirak etmişdir. Azərbaycanlı cərrah konqresdə icra etdiyi nadir laparoskopik əməliyyatlar barədə məruzə ilə çıxış etmiş və konqres iştirakçıları üçün ustad…

Kurs iştirakçıları üçün mühazirə,
08.06.2018-ci il tarixdə ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİNDƏ prof. Q.Müslümov “Laparoskopik cərrahi anatomiya” mövzusunda mühazirə oxumuşdur. Müasir dövrümüzdə ümumi və topoqrafik anomiyaya aid saysız-hesabsız dərslik və atlasların mövcud olduğu bir zamanda bu sahədə yeni biliklərə ehtiyac olduğunu düşünmək belə mümkün deyildi. Lakin yüksək…

Ginekoloqlar və cərrahlar üçün mühazirə.
Son zamanlar cərrahlar hətta ən çətin və mürəkkəb əməliyyatlar zamanı laparoskpik üsula daha çox üstünlük verirlər. Bunun bir çox səbəbləri vardır. Çünki laparoskopik üsul cərrahlara əməliyyat sahəsində işləmək üçün daha böyük imkanlar yaradır, icra olunan əməliyyatın keyfiyyətini . proqnozunu yaxşılaşdırır, xəstələrin sağalma müddətini azaldır və s.Laparoskopik əməliyyatları öyrənmək istəyən həkimlərimiz üçün hər cür şərait…

Ginekoloqlar və cərrahlar üçün kurslar .
GİNEKOLOQLARIN VƏ CƏRRAHLARIN NƏZƏRİNƏ!!! 04-06.iyul.2018-ci il tarixdə ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİ “Histeroskopiya və Laparoskopik tikiş” kursları təşkil edəcəkdir. Kurs 3 gün davam edəcək. Kursun ilk günü…

“Laparoskopik cərrahi anatomiya” mövzusunda mühazirə.
Ginekoloqların və cərrahların nəzərinə!!! 08.06.2018-ci il tarixdə ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİNDƏ prof. Q.Müslümov “Laparoskopik cərrahi anatomiya” mövzusunda mühazirə oxuyacaqdır. Mühazirə zamanı qarın boşluğunun anatomiyası laparoskopik əməliyyatlar nöqteyi -nəzərindən izah olunacaq,laparoskopik əməliyyatlar…

Mürəkkəb və nadir cərrahi əməliyyat nəticəsində xəstənin həyatı xilas edilib
Bakı, 24 may, AZƏRTAC Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə qarın nahiyəsində şiddətli ağrı şikayəti ilə 44 yaşlı xəstə müraciət edib. Müayinə zamanı onun mədəaltı vəzisində 70 faizdən çox hissəsini əhatə edən böyük ölçülü törəmə aşkar edilib. Xəstənin həyatını xilas etməyin yeganə mümkün yolu cərrahi üsul olduğu üçün o, əməliyyat masasına çıxarılıb. Ölkəmizdə çox nadir hallarda…

AZƏRBAYCANDA NADİR CƏRRAHİ ƏMƏLİYYAT İCRA EDİLMİŞDİR
Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov tərəfindən Azərbaycanda çox nadir bir cərrahi əməliyyat icra edilmişdir. Belə ki, qarın nahiyəsində şiddətli ağrı şikayətləriylə müraciət etmiş 44 yaşlı xəstədə mədəaltı vəzin 70%-dən çoxunu əhatə edən qiqant ölçülü bir törəmə aşkar edilmiş və bunun müalicəsinin yalnız cərrahi yolla mümkünlüyü qərara alınmışdır. Bütün dünyada bu tip…

HƏKİMLƏR VƏ REZİDENTLƏR ÜÇÜN NÖVBƏTİ MÜHAZİRƏ
2018-ci ildən başlayaraq M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaz Akademie Tibbi Treyninq Mərkəzi tərəfindən cərrahiyyə yönümlü (ümumi cərrahiyyə ,neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi, ginekologiya, urologiya və s. ) ixtisaslar üzrə təhsil alan rezidentlər üçün rezidentura təhsili proqramına uyğun olaraq cərrahiyyənin müxtəlif problemlərinə həsr olumuş silsilə məruzə- seminarlar və treyninqlər…