Daşkənddə Azərbaycan alimlərinin də iştirakı ilə beynəlxalq tədbir keçirilmişdir
11-13 dekabr 2017 tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Akademik V.Vahidov və U.Aropovun xatirəsinə həsr edilmiş “Təcili tibbin aktual məsələləri: hepatopankreatoduodenal nahiyyənin xəstəlikləri və yaralanmalarında təcili cərrahiyyə” adlı Beynəlxalq Konqres keçirilmişdir. Konqresin işində Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Belorusiyadan gəlmiş görkəmli alimlərlə yanaşı Azərbaycanlı professor Qurbanxan Müslümov da iştirak etmişdir. Həmyerlimiz konqres zamanı mədəaltı vəzin cərrahiyyəsinə aid…
