Sosial Mediada izləyin:

Xəbərlər

“Laparoskopik cərrahi anatomiya” mövzusunda mühazirə.

                                               Ginekoloqların və cərrahların nəzərinə!!! 08.06.2018-ci il tarixdə ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİNDƏ prof. Q.Müslümov “Laparoskopik cərrahi anatomiya” mövzusunda mühazirə oxuyacaqdır. Mühazirə zamanı qarın boşluğunun anatomiyası laparoskopik əməliyyatlar nöqteyi -nəzərindən izah olunacaq,laparoskopik əməliyyatlar…

Read More

Mürəkkəb və nadir cərrahi əməliyyat nəticəsində xəstənin həyatı xilas edilib

Bakı, 24 may, AZƏRTAC Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə qarın nahiyəsində şiddətli ağrı şikayəti ilə 44 yaşlı xəstə müraciət edib. Müayinə zamanı onun mədəaltı vəzisində 70 faizdən çox hissəsini əhatə edən böyük ölçülü törəmə aşkar edilib. Xəstənin həyatını xilas etməyin yeganə mümkün yolu cərrahi üsul olduğu üçün o, əməliyyat masasına çıxarılıb. Ölkəmizdə çox nadir hallarda…

Read More

AZƏRBAYCANDA NADİR CƏRRAHİ ƏMƏLİYYAT İCRA EDİLMİŞDİR

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov tərəfindən Azərbaycanda çox nadir bir cərrahi əməliyyat icra edilmişdir. Belə ki, qarın nahiyəsində şiddətli ağrı şikayətləriylə müraciət etmiş 44 yaşlı xəstədə mədəaltı vəzin 70%-dən çoxunu əhatə edən qiqant ölçülü bir törəmə aşkar edilmiş və bunun müalicəsinin yalnız cərrahi yolla mümkünlüyü qərara alınmışdır. Bütün dünyada bu tip…

Read More

HƏKİMLƏR VƏ REZİDENTLƏR ÜÇÜN NÖVBƏTİ MÜHAZİRƏ

     2018-ci ildən başlayaraq  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq  Cəmiyyəti, Almaz  Akademie  Tibbi Treyninq   Mərkəzi   tərəfindən   cərrahiyyə   yönümlü (ümumi cərrahiyyə ,neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi, ginekologiya, urologiya və s. ) ixtisaslar üzrə  təhsil  alan  rezidentlər üçün   rezidentura təhsili proqramına uyğun olaraq cərrahiyyənin  müxtəlif problemlərinə həsr olumuş  silsilə  məruzə- seminarlar  və  treyninqlər…

Read More

AzTV1 4. Azərbaycan-Alman-Türk Tibb Konqresi haqqında

Aprelin 26–29-da Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirildi.           Artıq dördüncü dəfədir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya və reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri…

Read More

“Cərrahiyyədə böyük bir inqilab baş verib”

Qurbanxan Müslümov:  “Bu gün öz ölkəmdə çalışdığım üçün məmnunam” “Əməliyyatdan sonra xəstənin yaxınlarının üzündəki o sevinci görəndə insan deyir ki, bunun üçün o illəri verməyə dəyərmiş” Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Qara ciyər, öd yolları və mədəaltı vəz cərrahlığı şöbəsinin aparıcı cərrahı, tibb elmləri doktoru, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasının…

Read More

4.Azərbaycan-Alman-Türk Tibb Konqresi başa çatdı

Bu gün Səhiyyə Nazirliyinin Milli OnkologiyaMərkəzi və M.Topçubaşov adına     Elmi Cərrahiyyə Mərkəzi,  Azərbaycan Almaniya  Tibbi  Əməkdaşlıq Cəmiyyətinin  təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi və konqres çərçivəsində III Bakı beynəlxalq tibbi treyninq günləri bu gün öz işini yekunlaşdırmışdır.          Milli Onkologiya Mərkəzində keçirilən və maraqlı çıxışlar və diskussiyalarla yadda qalan konqresin son günündə görkəmli professor Əziz Əliyev tərəfindən təqdim edilən onkoloji boyun cərrahiyyəsindəki təcrübələri, İsveçrənin Lozanna…

Read More

4.Azərbaycan-Alman-Türk Tibb Konqresinin fəaliyyəti uğurla davam edir

  Aprelin 27-də Milli OnkologiyaMərkəzi,  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və  Azərbaycan Almaniya  Tibbi  Əməkdaşlıq Cəmiyyətinin  təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi və konqres çərçivəsində III Bakı beynəlxalq tibbi treyninq günləri işini davam etdirmişdir. Konqres öz işini səhər saat 08-00-da treyninqlərlə başlayaraq  sonradan Almaniya, İsveçrə, Türkiyə, Rusiyadan, eləcə də Azərbaycandan olan professorların maraqlı məruzələrilə davam etmişdir. Maraqlı müzakirələr və diskussiyalar zamanı azərbaycanlı həkimlər özlərinin xarici həmkarları…

Read More

4.Azərbaycan-Alman-Türk Tibb Konqresi işinə başlamışdır

Bu gün Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin  təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi Bakıda işinə başlamışdır. Konqresə 600-dən çox həkim iştirakçı qismində, 200-dən çox həkim və rezident treyninqlərdə iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Konqresdə Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan…

Read More